Tək Biz Xalı

TekBizXali.az

Haqqımızda

“Tək Biz” Xalı — xalça və divan yuma fabriki Bakı şəhərində professional olaraq fabrikdə və yerində xalça yuma xidməti göstərməkdədir.
Xalçalarınızı hansı üsulla və necə yuyuruq?“Tək Biz”xalça və divan yuma fabrikinə gələn xalçalarınız müştəri özəl kod nömrəsi ilə etiketlənir, (xalçaların qarışma ehtimalını ortadan qalıdırırıq) xalçalarınız növünə və çirklilik dərəcəsinə görə ayrılır. Hər bir xalça tək-tək yaxalanıb hovuzda gözlədilir.
Xalçalar növünə görə avtomatik xalçayuma avadanlığında əl dəymədən uyğun təmizləyici vasitəsi ilə yuyulub durulanır. Təmizləyici vasitələr bitki tərkibli olduğundan xalçalarda hər hansı bir xoşagəlməz halın olmasına səbəb yaranmır.
Yuma işləri bitdikdən sonra xalçalar, uğun sıxma avadanlığında sıxılır (qurudulur) və daha sonra xüsusi qurutma otaqlarında qurudulur.
İstilik sistemi sayəsində qış aylarında da xalçaları 100% quruda bilirik. Qurutma işləri bitdikdən sonra, keyfiyyət yoxlamasından keçərək antibakterial parfümlənmiş və paketlənmiş şəkildə təhfil halına gətirilir.
Etiketləmə bölməsi
Xalça yuma sifarişini verən müştərilərimizə, yaddaş açıldıqdan sonra hər müştəri üçün özəl müştəri kodu ilə etiketlənmə işi görülür. Etiketin özəllikləri: Hər müştəriyə aid sifariş kodu, xalça növü və miqdarı göstərilir. Etiketləmə professional olunduğu üçün çıxma və sökülmə kimi bir risk mümkün deyil.
Toz alma prosesi
Araşdırılan xalçalarınız: yuyulma işlərindən əvvəl böyük tozalma avadanlığında təqribən 15-20 dəqiqə boyunca toz çırpma işləri aparılır. Tozalmanın özəlliyi, xalçaların içərisində olan toz və qırıntılardan təmizlənmə işini görür. Yuyulmadan əvvəl tozalma işləri sayəsində xalçaların daha təmiz və parlaq görünməsini təmin edir.
Avtomatik yuma bölməsi.
Çeşitlənmə və tozalma işləri bitən xalçalar növünə görə ayrıldıqdan sonra, avtomatik xalça yuma avadanlığında yuyulmağa hazır hala gətirilir. Xalçalar əl dəymədən avtomatik olaraq yuyulur. Avtomatik xalçayuma avadanlığı, xalçanın qalınlığına görə təmizləyici vasitəsinin miqdarını avtomatik tənzimləyir. Avtomatik xalçayuma avadanlığında olan iki ədəd silindir, 11 ədəd fırlanan fırça sayəsində xalçalarınız çox gözəl bir şəkildə təmizlənir. Daha sonra avadanlığın çıxış hissəsində olan qüvvətli durulama tapançası sayəsində xalçalarıınız ən incə nöqtəsinə qədər durulanır. Daha sonra sıxma avadanlığında hazır hala gətrilir.
Paketlənmə bölməsi
Qurutma işi bitən xalçalar paketlənmə bölməsinə verilərək yoxlanış edildikdən sonra antibakterial parfümlənib paketlənib təhvilə hazır vəziyyətə gətirilir.
Təhvil bölməsi
Yuyulma işləri bitən və yoxlamadan keçən xalçalar, müştərilər üçün uyğun olduğu gün və saat aralarında təhvil verilir. Təhvil zamanı xalçalarınızı yoxlayıb, xidmətimizin fərqini açıqca görə bilərsiniz.


Copyright © | 2018 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.